Google-un süni intellekt yarışında yeni addımı: Gemini 3.0 yoldadır

  Google növbəti nəsil süni intellekt modelini təqdim etməyə hazırlaşır. Sızan məlumatlara görə, şirkət Gemini 3.0 modelini oktyabrın 22-də elan etməyi planlaşdırır.

Referans.az-ın  məlumataına görə, bu xəbər sosial şəbəkələrdə yayılan daxili sənədin görüntüsündən sonra ortaya çıxıb. Həmin cədvəldə “Gemini 3.0 buraxılış anı” ifadəsi və marketinq mərhələsinin oktyabrın 22-nə planlaşdırıldığı qeyd olunur.

Google hələlik yeni model barədə rəsmi açıqlama verməyib. Lakin məlumat doğru çıxarsa, bu, şirkətin süni intellekt yarışında OpenAI, Anthropic və digər rəqiblərlə mübarizədə növbəti böyük addımı olacaq.

Gemini 2.5 versiyası ilin əvvəlində təqdim olunmuşdu və daha sonra Pro, Flash və Flash-Lite kimi alt modellərlə genişləndirilmişdi. İndi isə Google-un növbəti nəsil modeli ilə AI sahəsində yeni standart müəyyənləşdirəcəyi gözlənilir.

Hələlik sızmanın doğruluğu təsdiqlənməsə də, mütəxəssislər yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyinə inanırlar./Sfera.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki