Güclü zəlzələ: Bu ölkə 5,7 ballıq TƏKANLA SİLKƏLƏNDİ

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Referans Media  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Ponoroqo bölgəsindən 19 kilometr cənub-qərbdə 127 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra tələfat və ya dağıntı barədə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki