Günəşdə güclü partlayış oldu

  Sentyabrın 28-də Günəşdə güclü partlayış baş verib.

Referans.az-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilir ki, partlayış Moskva vaxtı ilə saat 11:40-də (Bakı vaxtı ilə saat 12:40 – red.) qeydə alınıb.

Patlayışın M6.4 səviyyəsində olduğu qeyd edilir.

 Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. //Oxu.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki