Yerli seçkilər günü iğtişaşlar zamanı hökuməti devirməyə cəhd etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.
Referans xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 4-də baş vermiş iğtişaşlarda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb./publika.az
