HƏMAS Sinvarın yerinə yeni lider seçir

HƏMAS Yəhya Sinvarın yerinə yeni müvəqqəti lider seçilməsi üçün seçki keçirir.

Referans Media  Axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, səsvermə Qəzza boyunca, Qərb sahilində və digər bölgələrdəki HƏMAS üzvləri arasında keçirilir:

“Qəzzalılar artıq gizli səs verib, lakin prosesin digər bölgələrdə başa çatıb-çatmadığı məlum deyil. Nəticələr açıqlandıqdan sonra yeni lider vəzifəsini bir il müddətinə icra edəcək”.

Qeyd edək ki, HƏMAS lideri Yəhya Sinvar 2024-cü ilin oktyabr ayında Qəzzada İsrail qüvvələri tərəfindən öldürülmüşdü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki