Bununla yanaşı, əcnəbilərin mənzil mülkiyyətində torpaq hüquqlarının tənzimlənməsi və torpaq icarəsi mübahisələrinin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqi də gündəmdədir. Yeniliyin sentyabrın əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.
Görəsən, yeni normativ akt özbaşına tikintilər probleminin həlli və mülkiyyət hüquqlarının qorunmasında real dönüş yarada biləcəkmi?
Məsələ ilə bağlı danışan əmlak eksperti Ramil Osmanlı News24.az-a bildirib ki bu barədə işçi qruplar vasitəsilə ictimai müzakirələr aparılır, vətəndaşlardan təkliflər toplanır və təcrübələr öyrənilir.
“Bu ictimai müzakirələrdə ictimaiyyətə müəyyən məlumatlar verilir və təkliflər dinlənilir. Gələn aydan etibarən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı yeni mexanizmlərin hazırlanması, qanunvericiliyin təkmilləşdirilməsi və digər mühüm məsələlər öz əksini tapacaq. Əvvəlki illərdə də bu barədə müzakirələr aparılıb və xarici təcrübələr öyrənilib”.
“Əgər ilin sonuna qədər təkliflər işlənib təhvil verilsəydi, ölkədə çoxsaylı özbaşına tikililərin taleyinə aydınlıq gətirilmiş olardı. 2023-cü ildən etibarən təxminən 40 minə yaxın qeyri-yaşayış obyektinin sənədləşdirilməsi üçün icazələrin sadələşdirilməsinə ehtiyac var”.
Ramil Osmanlı həmçinin vurğulayıb ki, hazırlanan normativ hüquqi aktlar və əlaqəli sənədlər sayəsində həm vətəndaşların, həm də investorların hüquqlarının qorunması təmin olunacaq, özbaşına tikintilərin qarşısının alınması və əmlak bazarında şəffaflığın artırılması mümkün olacaq.
