Hindistan Rusiyadan “S-500” alacaq – Səbəb Çindir

Hindistan Rusiyadan “S-500” zenit-raket sistemləri almaq üçün danışıqlara başlayıb.

Bu barədə “Military Watch Magazine” nəşri məlumat yayıb.

Məlumata görə, Hindistanın bu addımı atmasının əsas səbəbi Çinlə bağlıdır.

“Müdafiə Nazirliyi “S-500” sistemlərinin alınması üzrə Rusiya ilə danışıqlara başlamağı planlaşdırır. Hindistanın müdafiə naziri Racnath Sinqhlə rusiyalı həmkarı Andrey Belousov arasında görüş dekabrın 4-də Yeni Dehlidə baş tutacaq”, – nəşr yazır.

Hindistanın “S-500” sistemlərinə marağı Çinin artıq “HQ-29” hava hücumundan müdafiə sisteminə sahib olması ilə əlaqələndirilir. Həm “HQ-29”, həm də “S-500” sistemləri qitələrarası ballistik raketləri və orbitdəki kosmik hədəfləri vurmaq qabiliyyətinə malikdir..globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki