Hindistandan Rusiyaya ilk “zərbə” – Sözünü tutmadı

  Hindistan ABŞ-ın “Exxon Mobil” şirkətindən neftin ilk partiyasını alıb. 

Referans.az   xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İlk tədarükün 2025-ci ilin sonu – 2026-cı ilin əvvəlində həyata keçirilməsi planlanır. Məlumata görə, alınan neftin həci 4 milyon barreldir.

 Xatırladaq ki, ABŞ Hindistana Rusiyadan neft almaması üçün xəbərdarlıq etmişdi. Bundan sonra Dehli beynəlxalq səviyyədə bu ölkədən neft alışını davam etdirəcəyini açıqlasa da, prosesin dayandırıldığına dair məlumatlar yayıldı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki