Hörmüzdə böhran: Qida və su təhlükəsi artır

Hörmüz boğazı və Babülməndəb boğazı bölgəsində mümkün gərginliklərin təkcə nefti deyil, həm də qida və gübrə tədarükünü ciddi şəkildə təhdid etdiyi bildirilir.

Ekspertlərin fikrincə, xüsusilə Küveyt kimi ölkələrdə gübrənin böyük hissəsi bu marşrutdan daşındığı üçün uzunmüddətli müharibə ərzaq böhranına səbəb ola bilər.

Qeyd olunur ki, bu risk yalnız Körfəz ölkələri ilə məhdudlaşmır — Avropa da bir neçə ay ərzində kənd təsərrüfatı və ərzaq təminatı baxımından ciddi çətinliklərlə üzləşə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki