“İphone”də bu proqram bağlandı

  “Apple” şirkəti “Clips” adlı videoredaktorunu bağlayıb.

Referans.az  Oxu.Az-a istinadla xəbər verir ki, tətbiq “App Store”dan çıxarılıb, “Apple”ın texniki dəstək səhifəsində isə göstərilir ki, “Clips” artıq inkişaf etdirilmir və 2025-ci il oktyabrın 10-dan etibarən yeni istifadəçilər üçün əlçatan deyil.

Xatırladaq ki, “Clips” 2017-ci ildə istifadəyə verilmişdi. Tətbiq musiqi, filtrlər və yazılarla qısa video yaratmaq üçün nəzərdə tutulmuşdu.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki