image-1772371000_5269221202390095313backend

İran Beyt Şemeşi vurdu: 6 ölü, 23 yaralı var

İran Yerusəlim ətrafında yerləşən Beyt Şemeş inzibati rayonuna ballistik raketlə zərbə endirib.

Referans Media “Times of Israel”ə istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər həlak olub.

Bundan başqa, 23 nəfərin yaralandığı, onlardan üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Raket hücumu zamanı ərazidə həyəcan siqnalının işə düşmədiyi qeyd olunub. Hadisə yerində axtarış-xilasetmə qüvvələri və tibbi xidmət işçiləri çalışırlar. Yaralıların təxliyəsi üçün helikopter göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki