Ağ Evin mətbuat katibi Kerolin Leavit İranla bağlı sərt açıqlama verib.
O, bu barədə jurnalistlərə açıqlama verib. Leavit bildirib ki, İran hakimiyyəti öz səhvlərini ödəyir.
“İran rejimi öz hərəkətlərinə görə qanla ödəyir və ABŞ yaxın saatlarda İranın hava məkanı üzərində tam nəzarətə nail olacaq. İran rejimi öz hərəkətlərini qanla ödəyəcək və hazırda ödəyir”,- deyə o bildirib.
Onun sözlərinə görə, amerikalı diplomatlar Tehrana qarşı sanksiyaların mərhələli şəkildə qaldırılmasını təklif ediblər və ABŞ tərəfi mülki nüvə proqramının yaradılmasında investor kimi iştirak etməyə hazır olduğunu bildirib. Lakin bunun müqabilində İranın uranın zənginləşdirilməsindən imtina etməsi tələb olunub.
Levitt vurğulayıb ki, İran bu təklifi qəbul etməyib. O iddia edib ki, Tehranın əsas məqsədi nüvə silahı əldə etmək olub./globalinfo.az
