Dubayda ABŞ konsulluğunun yaxınlığında partlayış olub, yanğın baş verib.
Referans Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Yanğın qısa müddətdə söndürülüb.
İlkin ehtimala görə, konsulluq binası dronun hədəfi olub. Xarici mənbələr bildirir ki, hücumun arxasında İran dayanır. İndiyə kimi İrana məxsus olduğu bildirilən raket və dronlarla körfəz ölkələrindəki ABŞ-a məxsus hərbi obyektlərə, kəşfiyyat ofislərinə, eləcə də həmin ölkələrin neft-qaz və başqa strukturlarına zərbələr endirilib.
ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı açıqlama verərkən qeyd edib ki, hadisə zamanı konsulluq əməkdaşlarından xəsarət alan olmayıb. Dron binaya tuş gəlməyib, yaxınlıqdakı avtodayanacağa düşüb./Globalinfo.az























