Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq.
Referans Media xəbər verir ki, bu barədə İranın Hörmüz boğazında gəmiçiliyi tənzimləmək məqsədilə təsis etdiyi Fars Körfəzi Boğazı İdarəsi (Persian Gulf Strait Authority - PGSA) məlumat yayıb.
"Bölgədə Amerika silahlı qüvvələrinin yaratdığı gərginlik və İran ordusunun ötən gecəki bəyanatı ilə əlaqədar olaraq Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq", - məlumatda bildirilib.
Keçid icazəsi almış şəxslərin PGSA-dan növbəti göstərişləri gözləməli olduqları əlavə olunub./Publika.az
