ABŞ-İsrail və İran arasındakı müharibə beşinci gününü yaşayır və qarşıdurma sürətini itirmir. Cəbhə xəttindən gələn yeni görüntülər müharibənin şiddətini bir daha göstərdi. İranın hipersəs raketlərlə İsraili vurduğu anlar saniyə-saniyə sosial mediada yayıldı və hədəf bölgədə yaratdığı təsir diqqət çəkdi.
Referans Media xəbər verir ki, beynəlxalq mənbələrə görə, İran qarşıdurmanın qızğın mərhələsində yeni nəsil “Fattah-2” hipersəs raketlərini işə salıb. Bu raketin yüksək sürət və manevr qabiliyyəti hava hücumundan müdafiə sistemlərini aşmağa imkan verir.
Sosial mediada yayılan görüntülərdə raketin hədəfə çatması və nəticəsində meydana gələn böyük partlayış dəqiq görünür.
İsrail və İran arasındakı qarşılıqlı hücumlar bölgədə təhlükəsizlik narahatlığını gücləndirib. Ekspertlər müharibənin genişlənmə riskinə diqqət çəkir və tərəflərə sakitlik çağırışı edirlər.
İsrail və ABŞ, Tehran və Vaşinqton arasında aparılan danışıqlara baxmayaraq, 28 fevralda İrana hərbi zərbə endirmişdi. İran isə İsrail və ABŞ-ın regional mövcudluğunu nəzərə alaraq, Qatar, BƏƏ və Bəhreyn də daxil olmaqla bəzi ölkələrdə hədəfləri vurmaqla cavab vermişdi.
İran Kızılayının məlumatına görə, ABŞ-İsrail hücumlarında 787 nəfər həyatını itirib, həmçinin İran lideri Ayətullah Əli Xamenei və çox sayda yüksək vəzifəli şəxs öldürülüb.




















