image-2442137backend

İran müharibəsinin 54-cü günü: bölgədə gərginlik davam edir

ABŞ prezidenti Donald Trump Vaşinqtonla Tehran arasında atəşkəsin İran yeni təklif təqdim edənədək uzadılacağını açıqlayıb. O, diplomatik kanalların açıq qalacağını desə də, İran limanlarına tətbiq olunan dəniz blokadasının davam edəcəyini bildirib.

İran tərəfi isə bunu atəşkəsin pozulması kimi qiymətləndirərək, blokada davam etdiyi müddətdə danışıqlara qatılmayacağını bəyan edib. Bu vəziyyət diplomatik prosesin qeyri-müəyyən şəraitdə getdiyini göstərir.

Bölgədə hərbi gərginlik artır. Hörmüz boğazı ətrafında vəziyyət kəskinləşib, İran İnqilab Keşikçiləri mümkün hücumlara qarşı sərt cavab veriləcəyini və regiondakı enerji obyektlərinin hədəfə alına biləcəyini bildirib.

Gərginlik yalnız İranla məhdudlaşmır, Livan və İordan çayının qərb sahilinə də yayılır. İsrail və “Hizbullah” arasında atəşkəsə baxmayaraq, qarşılıqlı hücumlar davam edir.

ABŞ eyni zamanda İranın silah proqramına qarşı yeni sanksiyalar tətbiq edir, İsrailin baş naziri Benjamin Netanyahu isə bu addımların İranın imkanlarını zəiflətdiyini bildirir.

Hörmüz boğazında daşımaların məhdudlaşması isə qlobal neft bazarında qeyri-müəyyənliyi artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki