“İran nüvə silahından imtina edəcəyini deyir” – Tramp

ABŞ Prezidenti Donald Tramp İranın şəxsi danışıqlarda nüvə silahından imtina edəcəyini bildirdiyini iddia edib.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə Tramp “The New York Post”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tehran qeyri-rəsmi görüşlərdə nüvə proqramından imtina etdiyini desə də, ictimaiyyət qarşısında uranın zənginləşdirilməsi hüququnu müdafiə edir.

Tramp İranın səmimiliyinə şübhə etdiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki