İran və Avropa üçlüyü ( Britaniya, Almaniya, Fransa) arasında nüvə danışıqları avqustun 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Referans xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.
Danışıqların gündəliyində nüvə məsələləri və sanksiyaların qaldırılması yer alacaq.
Qeyd edilib ki, İranın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi rəhbərlik edəcək.
Almaniya, Fransa və Böyük Britaniyanı da həmin ölkələrin xarici işlər nazirlərinin müavinləri təmsil edəcək./APA
