Nazirliyin sözçüsü bildirib ki, boğazın idarə olunması sahilyanı ölkələrə məxsusdur və keçidlər üçün ayrıca ödəniş tətbiqi nəzərdə tutulmur. O qeyd edib ki, göstərilən bəzi xidmətlər müəyyən xərc tələb edə bilər, lakin bu, “keçid haqqı” hesab edilməməlidir.
İran rəsmisi ABŞ ilə aparılan danışıqlara da toxunaraq bəzi məsələlər üzrə ümumi çərçivənin formalaşdığını, lakin yaxın vaxtda yekun razılaşmanın gözlənilmədiyini deyib.
Sözçü əlavə edib ki, Livan da daxil olmaqla bölgədəki münaqişələrin dayandırılması mümkün razılaşmanın əsas hissələrindən biri olacaq.
