İran yenə zərbə endirdi: Kral Fəhd körpüsü zədələndi

İranın zərbələri nəticəsində Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən körpü zədələnib.

Referans Media  xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

Məlumatda deyilir ki, “Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd körpüsünə zərbə endirilib”.

İran daha əvvəl də bu körpüyə zərbələr endirməyə cəhd etmişdi.

ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki