image-iran-etiraz-42backend

İranda etirazların gedişatı dəyişib: müqəddəs məkanlar niyə hədəfə alınıb?

İranda həftələrdir davam edən etirazlar zamanı müqəddəs məkanlara qarşı hücum görüntüləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Analitiklərin fikrincə, iqtisadi problemlərlə başlayan etirazlar zamanla rejim əleyhinə xarakter alıb və dini obyektlərin hədəf seçilməsi prosesin yeni mərhələyə keçdiyini göstərir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə özlərini etirazçı kimi təqdim edən bir qrupun türbə və ziyarətgah olduğu bildirilən məkana daxil olaraq dağıntılar törətdiyi və daha sonra obyekti yandırdığı əks olunub. Bu görüntülər etirazların istiqaməti və arxa planı ilə bağlı sualları artırıb.

Ekspertlər qeyd edirlər ki, İranda etirazlar yeni hadisə deyil. Ötən illərdə də əsasən iqtisadi səbəblərlə başlayan aksiyalar sonradan siyasi xarakter alıb. Lakin müqəddəs məkanların, məscid və dini obyektlərin hədəf alınması əvvəlki etiraz dalğalarında nadir hallarda müşahidə olunub.

Siyasi şərhçilər İranın demoqrafik və geosiyasi baxımdan bölgədə fərqli mövqeyə malik olduğunu vurğulayırlar. Bildirilir ki, ölkənin böyük əhali potensialı və etnik müxtəlifliyi burada baş verən proseslərin digər ölkələrlə eyniləşdirilməsini çətinləşdirir.

Eyni zamanda, etirazların arxasında xarici təsirlərin olub-olmaması və baş verənlərin cəmiyyətdə sekulyar–dindar qarşıdurmasını dərinləşdirmək məqsədi daşıyıb-daşımadığı da müzakirə mövzusu olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki