Rəşt şəhərində fasiləsiz silah səslərinin eşidildiyi anları əks etdirən video sosial mediada yayılıb.
Referans Media xəbər verir ki, görüntülər yanvarın 8-də çəkilib.
Videonu çəkən şəxsin sözlərinə görə, cəmi beş dəqiqə ərzində 8–10 nəfər öldürülüb və ya yaralanıb.
On günlük genişmiqyaslı internet kəsintisindən sonra internetin qismən bərpa edilməsi ilə ölkənin müxtəlif şəhərlərindən etirazlara və repressiyalara dair videolar sosial mediada sürətlə yayılmağa başlayıb.
Son günlərdə İslam Respublikası rəsmilərinin, o cümlədən ali rəhbər Əli Xameneyinin çıxışları və açıqlamaları 8–10 yanvar tarixlərində keçirilən nümayişlər zamanı çoxsaylı insan itkisi olduğunu dolayısı ilə təsdiqləyən məqamlar kimi dəyərləndirilir. (Independent Persian)
Bizim.Media






















