İranda artıq üçüncü həftədir davam edən etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb.
Referans Media bildirir ki, Globalinfo.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb. Təşkilat həmçinin ölənlərin sayının artacağını istisna etməyib.
Ölənlərin 503 nəfəri nümayişçi, 69 nəfəri isə təhlükəsizlik qüvvələrinin nümayəndələridir.
Bundan əlavə, məlumatda qeyd olunur ki, etirazlar başlayan ilk gündən indiyədək 10600-dən çox insan saxlanılıb.























