image-ali-laricanibackend

İrandan region ölkələri haqda kritik açıqlama

“İran qüvvələri regiondakı ölkələrə zərbə endirmək niyyətində deyil. Hədəfimiz İranın ABŞ ərazisi hesab etdiyi Amerika hərbi bazalarıdır”.

Referans Media xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “IRIB”ə açıqlamasında deyib.

“ABŞ bazaları regiondakı ölkələrin ərazisi deyil, onlar ABŞ ərazisidir. Biz regiondakı ölkələrə hücum etmək niyyətində deyilik, sadəcə bazalara hücum etmişik. ABŞ-ın nəzarəti altında qaldıqları müddətcə hücum etməyə davam edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 28-i ABŞ  İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki