image-iran-tehranbackend

İranın səfiri İrəvanı hədələdi

İranın İrəvandakı səfiri Xəlil Şirqolami Ermənistanın İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi barədə ciddi narahatlıq ifadə edib.

Referans Media-nın məlumatına görə Şirqolami bildirib ki, İranın təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və ya İrana qarşı düşmən münasibət sərgiləyən qüvvələr, İrəvan vasitəsilə öz hərəkətlərini həyata keçirməyə çalışır və bu, Tehran üçün ciddi bir təhlükə yaradır.

İran səfiri xüsusən İrandakı etiraz aksiyalarının Ermənistandakı fəaliyyətlərlə əlaqədar ola biləcəyini vurğulayaraq, bu etirazların uğurlu olarsa, Ermənistanın da məğlub olacaq tərəf olacağına diqqət çəkib. Şirqolami İrandakı daxili məsələlərin yalnız İran xalqının məsələsi olmadığını, regional təhlükəsizlik və sabitlik üçün də böyük əhəmiyyət daşıdığını bildirib.

Səfir həmçinin, İrəvanda İran səfirliyinin qarşısında toplaşan və təhqiramiz şüarlar səsləndirən vətəndaşlardan narahat olduğunu ifadə edib. Bu cür aksiyaların İran xalqının yaddaşında dərin izlər buraxacağını və İranla Ermənistan arasındakı dostluq əlaqələrini zədələyə biləcəyini qeyd edib. Xəlil Şirqolami, Ermənistanın çətin dövrlərdə İranın dəstəyini unutmamalı olduğunu vurğulayaraq, İranın hər zaman Ermənistanın yanında olduğunu xatırladıb./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki