İşçilərə sınaq müddəti üçün az maaş verənlərin DİQQƏTİNƏ

Sınaq müddətinin müəyyənləşdirilməsi qanunvericiliklə konkret hallarda və müddətlərlə tənzimlənir. 

Referans Media  xəbər verir ki, bunu “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu hallarda əmək müqaviləsinin müddətindən və ya müddətsiz olmasından asılı olaraq dəyişmir:

“Həmin hallar elektron müstəvidə tam olaraq avtomatik şəkildə yoxlanılır. Sınaq müddəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə ödəniş verilməsi ümumiyyətlə mümkün deyil. Hazırda sistem buna icazə vermir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki