image-israil-ordubackend

İsrail bu şəhəri ələ keçirdi

İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

Referans Media  xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

“Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, – məlumatda qeyd olunub.

İsrail ordusundan bildirilib ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı gücləndirilmiş müdafiə mövqeyinin qurulması planının bir hissəsidir./konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki