İsrail bundan sonra oraya hücum etməyəcək – Tramp vəd verdi

  ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə hücumu ilə bağlı açıqlama verib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, İsrail bundan sonra Qətərə hücum etməyəcək.

Referans.az   xəbər verir ki, o, Qətəri “çox yaxşı müttəfiq” adlandıraraq bir çoxlarının bu faktı bilmədiyini qeyd edib.

Bununla yanaşı, İsrailin HƏMAS-a qarşı başqa addımlar ata biləcəyinə işarə edib:“Netanyahu Qətəri vurmayacaq, amma bəlkə də HƏMAS-ın arxasınca gedəcək”, – Tramp deyib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail ordusu Dohada HƏMAS danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum etmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki