image-israil-ordusubackend

İsrail “Hizbullah”a müharibə elan etdi

İsrail Livan ərazisində “Hizbullah“ın tamamilə tərksilah olunması üçün geniş müharibəyə başlayıb.
Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi bəyan edib.

Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi və İsrailə qarşı mümkün təhdidlərin aradan qaldırılmasıdır.

Baş qərargah rəisi vurğulayıb ki, hərbi fəaliyyət plan üzrə mərhələli şəkildə icra olunur və zərurət yarandıqca genişləndirilə bilər.

Açıqlamada həmçinin bildirilib ki, vəziyyətin inkişafı diqqətlə izlənilir və ordunun bütün bölmələri yüksək hazırlıq vəziyyətində saxlanılır.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki