İsrail hücumunda həlak olan Laricani üzüyündən tanındı

Əli Laricani, İsrail tərəfindən həyata keçirilən hücumda oğlu, köməkçisi və qoruması ilə birlikdə dünyasını dəyişib. İddialara görə, Laricani üzüyündən tanınıb. Evində baş verən partlayışın şəkillərində dağıntılar arasında qaldığı görünür.

Referans Media xəbər verir ki, İran dövlət televiziyası Laricani ofisinin yaydığı açıqlamanı yayımlayıb. Bildirilib ki, səhər saatlarında baş verən hücumda oğlu Murtaza, köməkçisi Əlirza Beyat, Şura katibliyi işçiləri və bir neçə qoruması da həlak olub.

Laricani və Qulamriza Süleymani üçün bu gün Tehranda dəfn mərasimi təşkil olunacaq. İran mərkəzli Tasnim Xəbər Agentliyi xəbər verir ki, mərasim saat 13:30-da İnqilab Meydanında başlayacaq və eyni zamanda 4 martda ABŞ-ın IRIS Dena döyüş gəmisi hücumu nəticəsində həlak olan 84 dənizçi üçün də keçiriləcək.

Əli Laricani kimdir?

1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olub, dini və siyasi nüfuzlu bir ailəyə mənsub olub.

Şərif Texnologiya Universitetində riyaziyyat və kompüter elmləri üzrə bakalavr, Qərb fəlsəfəsi üzrə doktorluq dərəcəsi alıb, xüsusilə Emanuel Kant üzərində çalışıb.

1979-cu ildə İran İslam İnqilabı sonrası İnqilab Keşikçiləri Ordusuna qatılıb və dövlət kadrlarında yüksəlib. Mədəniyyət Nazirliyi və IRIB rəhbəri olub.

2005-ci ildə Təhlükəsizliyin Milli Ali Şurası Baş Katibi və İranın nüvə başmüzakirəçisi olub.

2008–2020-ci illərdə üç dövr parlament sədri kimi fəaliyyət göstərib, 2015-ci il nüvə anlaşmasının təsdiqində əsas rol oynayıb.

2020-ci ildə parlament sədri vəzifəsindən ayrılıb, Əli Xamenei tərəfindən rəhbərlik məsləhətçisi təyin olunub. 2021 və 2024-cü illərdə prezidentliyə namizədliyi təsdiqlənməyib.

Avqust 2025-ci ildə yenidən Təhlükəsizliyin Milli Ali Şurasının baş katibi vəzifəsinə gətirilib və İranın xarici siyasət və təhlükəsizlik strategiyasında əsas fiqurlardan biri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki