İranlı siyasət və beynəlxalq münasibətlər üzrə ekspert Emad Abşanas “Sputnik”-ə açıqlamasında İsrailin İrana hücumunu dəyərləndirib.
Abşanas bu hücumda ABŞ və Avropanın da məsuliyyət daşıdığını bildirib.
“İran və ABŞ arasında danışıqlar qarışıq müvəffəqiyyətlə davam edərkən və bəziləri danışıqların altıncı raundunun konkret nəticələr verəcəyinə inanarkən, İsrail həmişə olduğu kimi hər kəsin qarşısına çıxmağı öz vəzifəsi hesab edib”, – ekspert söyləyib.
Abşanas İsrail əməliyyatının İranın bir sıra hərbi, siyasi və akademik xadimlərini hədəf aldığını bildirib. Qeyd edib ki, hücum zamanı çoxlu sayda iranlı mülki vətəndaş ölüb:
“İran sosial mediasına baxsanız, görə bilərsiniz ki, bütün iranlılar səbrin tükəndiyi və İranın çox sərt cavab verməsi ilə razılaşır. Bir çox iranlı hesab edir ki, əgər İran o vaxt oktyabr ayında İsrailə sarsıdıcı cavab versəydi, indi israillilər buna cəsarət etməzdilər. İranlılar artıq dərhal və sərt cavab tələb edirlər”.
Abşenas bəzi iranlıların daha da irəli gedərək amerikalılarla danışıqlara son qoyulmasını tələb etdiklərini bəyan edib:
“İsraillilər öz bəyanatlarında əməliyyatın məqsədinin İranı Amerikanın tələblərinə tabe olmağa məcbur etmək olduğunu bildiriblər. Aydındır ki, amerikalılar indi məsuliyyət daşımalıdırlar. Təbii ki, bu hekayədə avropalılar da günahsız deyillər. Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) İrana qarşı beynəlxalq vəziyyəti qızışdırmaq siyasəti İsrailin İrandakı hücumuna və terror aktlarına yaşıl işıq yandırıb. İsrailin özünümüdafiə hüququ varsa, İranın da bu hüququ var./Publika.az