İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb, 118 nəfər yaralanıb.Referans xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail Müdafiə Ordusu Yəmənin paytaxtı Sənaya aviazərbələr endirib.
Referans xəbər verir ki, zərbələr husilərin toplaşdığı hərbi düşərgələrə, qruplaşmanın təbliğat şöbəsinin qərargahına, eləcə də həm Sənada, həm də paytaxtın şimalında yerləşən ərazidəki yanacaq anbarına endirilib.
Əsas hədəflər Müdafiə Nazirliyi və üsyançıların Baş Qərargahı olub.
“Al Hadath” telekanalı bildirir ki, husilərin Müdafiə Nazirliyi kompleksinə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Ölü və yaralıların sayı açıqlanmayıb./Publika.az
