İsti havada qazlı içkilər içməyin: Həkim səbəbini açıqladıbackend

İsti havada qazlı içkilər içməyin: Həkim səbəbini açıqladı

  İsti yay günlərində sərinləmək üçün içilən bəzi içkilər sağlamlığa zərər vurur.

Referans xarici mediaya istinadən xəbər verir ki, bu barədə həkim Jimmy Muhamed deyib.

Onun sözlərinə görə, yüksək hava temperaturu olduğu zaman müntəzən maye qəbulu həyati əhəmiyyət kəsb etsə də, bəzi içkilər orqanizmin su balansını pozur:

“Sərinləmək məqsədilə içilən qazlı içkilər əksinə olaraq daha da susuzluq yaradır. Bunun əsas səbəbləri tərkibində şəkərin miqdarının yüksəkliyi və fosforun olmasıdır. Tərkibində fosfor olan içkilər ürək-damar sisteminə zərər vurur. Yüksək şəkər istehlakı isə böyrək daşı yaranma riskini artırır.

Sərinləmək üçün içilən meyvə şirələrinin də bilinməyən həmçinin görünməyən zərərləri var. Təbii şirə kimi adlandırılan meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər var. Portağal və ya alma suyu kimi bir litr içkinin tərkibində təxminən 100 qram şəkər ola bilər. Meyvə şirəsi əvəzinə meyvənin özünü yemək və ya tək su içmək ən yaxşı variantdır”.

Həkim bildirib ki, isti havalarda enerji içkilərindən çəkinmək xüsusilə vacibdir:

“Bu içkilər orqanizm artıq öz əsas temperaturunu tənzimləmək üçün çox çalışdığı zaman əlavə stress mənbəyi yaradır.

Enerji içkiləri qan təzyiqini və ürək döyüntüsünü artırır. Bu təsirlər, isti havanın bədəndəki stressi ilə birləşərək, ürək-damar sağlamlığı üçün təhlükəli birləşmə yarada bilər”.

O çox isti hava olduqda gündə təxminən 2 litr su istehlak etməyi tövsiyə edir.
“Su içmək istəyi yaranmasını gözləmədən su istehlak etmək lazımdır. Qarpız və qovun kimi yüksək sulu meyvələr də maye qəbuluna kömək edir”./Teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki