İtaliyada tarixi kəşf: 210 milyon il əvvələ aid minlərlə dinozavr izi tapıldı

İtaliyanın şimalında yerləşən milli park ərazisində 210 milyon il əvvələ aid minlərlə dinozavr ayaq izi aşkarlanıb. Alimlərin bildirdiyinə görə, tapılan izlər ölçüləri və qorunma vəziyyəti ilə diqqət çəkir.

“Referans MEDİA” yaydığı məlumata əsasən, bəzi ayaq izlərinin diametri 40 santimetrə çatır. Paralel cərgələr şəklində uzanan izlərin əksəriyyətində barmaq və caynaq izləri aydın şəkildə seçilir. Bu tapıntılar dinozavrların həmin ərazidə kütləvi şəkildə hərəkət etdiyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu izlər uzun boyunlu, kiçik başlı və iti caynaqlara malik olan, əsasən otla qidalanan prosauropod növünə aid dinozavrlara məxsusdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki