Astroloqlar iyun ayı üçün sevgi proqnozlarını açıqlayıblar.
Referans Media xəbər verir ki, iyun ayı ümumilikdə şəxsi həyatda hər kəs üçün uğurlu keçəcək, lakin iki bürc romantikadan bir qədər uzaq qalacaq.
Astroloq Liliya Lyubimovanın fikrincə, iyunun ilk yarısı su bürcləri (Xərçəng, Balıqlar, Əqrəb), ikinci yarısı isə od bürcləri (Şir, Oxatan, Qoç) üçün sevgi dolu keçəcək.
Bürclərin iyun ayı üçün qısa sevgi hesabatı
Qoç: Ciddi münasibətlər qurmaq üçün əla vaxtdır. Müvəqqəti macəralardan qaçın, mövcud əlaqələrinizə zərər verə bilərsiniz.
Buğa: Sizi çoxlu sayda qısamüddətli və keçici sevgi macəraları gözləyir. Bu münasibətlərin ciddi davamı olmayacaq.
Əkizlər: Ayın ikinci yarısı uzunmüddətli münasibət qurmaq şansınız var. Yeni dostluqlar gələcəkdə sevgiyə çevrilə bilər.
Xərçəng: Mövcud münasibətləri rəsmiləşdirmək, evlilik təklifi etmək üçün ideal aydır. Subaylar ciddi hisslərlə qarşılaşacaqlar.
Şir: Sizi əsl sevgi burulğanı və unudulmaz tətil macəraları gözləyir.
Qız: İşə bir az ara verib ətrafınıza gülümsəyin. Evli olanlar partnyoruna daha çox vaxt ayırmalıdır.
Tərəzi: Gizli macəralardan və flirtdən uzaq durun. Münasibətlərdə yaranacaq xəyanəti gizlətmək mümkün olmayacaq.
Əqrəb: Hisslərinizə sərbəstlik verin, xüsusən ayın ilk yarısı çox aktiv keçəcək. Kiçik mübahisələri böyütməyin.
Oxatan: İyun sizə yüngül, ciddi əhəmiyyət daşımayan flirtlər və yazışmalar bəxş edəcək.
Oğlak: Ayın autsayderlərindən biridir. Bütün vaxtınızı iş və rüblük hesabatlar alacaq. Sevgi planlarını avqusta keçirin.
Dolça: Sevgi məsələlərində ehtiyatlı olun. Müvəqqəti əyləncələr mövcud münasibətlərinizdə dərin izlər qoya bilər. Həqiqi sevgi sizə payızda gələcək.
Balıqlar: Münasibətlərdə hər zaman fədakarlıq edən tərəf olmayın. İyun ayı özünüzə olan güvəni artırmaq üçün yaxşı fürsətdir.
