Kabab və steyk sevənlərin nəzərinə! – Az bişmiş ətlər bu xəstəlikləri yaradır backend

Kabab və steyk sevənlərin nəzərinə! – Az bişmiş ətlər bu xəstəlikləri yaradır 

  “Kabab qanlı, igid canlı” deyə-deyə indiyə qədər nə qədər alaçiy ət yemişik…

Ataların sözlərinə hörmət edək, amma hər sözə də inanmayaq.
Hələ Qərb ölkələrində, xüsusən də elitar mühitdə az bişmiş steykə daha çox üstünlük verilir. Amma az bişmiş ət yeməklərinin özü ilə nə qədər sağlıq problemləri gətirdiyini çoxu bilmir.

İngiltərədə, xüsusən kübar qismə “süfrə adətinizi dəyişin” deyə həkimlər xəbərdarlıq edir.

Çünki alaçiy ətdə mikroblar ölmür və onlar tamamilə ətə yayıla bilər. Həkimlər bu vəziyyətin ciddi xəstəliklərə yol aça biləcəyi barədə xəbərdarlıq edərək, “Əgər burger az bişibsə, içində hələ də canlı, ziyanlı bakteriyalar ola bilər” deyirlər.

Çiy istiridyə siyahıdakı ən təhlükəli məhsullardan biridir. Onun tərkibində Vibrio vulnificus adlı ölümcül bakteriya ola bilər. Bu bakteriya, xüsusilə immun sistemi zəif olan insanlarda sepsis yarada və ölümə səbəb ola bilər.

Alimlər hesab edirlər ki, çiy tərəvəzlərdə və yarıbişmiş ətlərdə olan “kolibaktin” adlı toksin 40 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi hallarının artmasına yol aça bilər.

Qeyd edək ki, keçən il İngiltərədə 280-dən çox insanın ölümünə səbəb olan STEC epidemiyası (Şiqa toksini ifraz edən Escherichia Coli) tərkibində çirklənmiş salat yarpaqları olan hazır sendviçlərlə əlaqəli idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki