Sivasın Altınyayla rayonunda son günlər yağan qar, Rusiyanın Kamçatka bölgəsini xatırladır. Kənd sakinləri, qarın yaratdığı çətinlikləri aradan qaldırmaq üçün heyvanların olduğu tövlələrə getmək məqsədilə tunellər qazıblar.
Referans Media xəbər verir ki, qışın ən sərt keçdiyi bölgələrdən biri olan Sivasda bu il son illərin ən sərt qışı müşahidə olunur. Kənd ərazilərində qarın qalınlığı 3 metrə çatıb.
Altınyayla rayonunun Başören kəndində yağan qar əhalinin gündəlik həyatına ciddi təsir göstərib. Bina boyu yığılan qar kütlələri Rusiyanın Kamçatka bölgəsini xatırladır.
Kənd sakinləri heyvanlarını yedizdirmək üçün qar üzərində tunellər açıb. Kənd sakini Bilal Erdoğan, qar üzərində yürüyərək tövlənin damına çıxma anlarını lentə alıb.
Bilal Erdoğan bildirib: “Bura Rusiyanın Kamçatka bölgəsi deyil, Alyaska da deyil. Bura Altınyayla, Başören kəndidir. Qar azalmaq əvəzinə artır. İndi yalnız bu qarların əriməsi üçün dua edə bilərik. Güclü külək olsa, Allah qorusun. Buzlar yerə qədər uzanıb.”
