Kazinoda fotosu yayılan baş konsul geri çağırıldı
Türkiyə Batumidəki baş konsulu Adnan Altay Altınörsü geri çağırıb.
Referans Media xəbər verir ki, bu qərar baş konsulun Batumidəki kazinoda çəkilən şəkillərinin sosial mediada yayılmasından sonra verilib.
Xarici İşlər Nazirliyi boş qalan vəzifəyə Türkiyənin Tbilisidəki səfirliyinin müşaviri Banu Terzioğlunu təyin edib.
Altınörs 2024-cü ildə bu vəzifəyə təyin olunmuşdu. /"Unikal"
