Kəmaləddin Heydərov idarə rəislərinin yerlərini dəyişdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerlərini dəyişib.

Referans Media  "Qaynarinfo.az"a istinadla xəbər verir ki, nazirin müvafiq əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Şimal-Qərb Regional Mərkəzinin rəisi, polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin edilib.

FHN-dən məlumatı təsdiqləyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki