Kerimcanın cəzası bəlli oldu – Məhkəmədən qərar

Məhkəmə qeyri-qanuni mərc saytlarının reklamını edərək insanları bu fəaliyyətə təşviq etməkdə ittiham olunan sosial media fenomeni Kərimcan Durmaz barəsində qərar verib.

Referans Media xəbər verir ki, İstanbul 23-cü Asliye Cəza Məhkəməsi Durmazı 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Həmçinin ona qarşı “xaricə səyahət qadağası” ilə bağlı məhkəmə nəzarəti tədbirinin qüvvədə qalmasına qərar verilib.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki