Şimali Koreya lideri ABŞ və İran arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
“Kim Çen İn ABŞ Prezidenti ilə istənilən vaxt görüşə biləcəyini deyib. O, dünyaya sülhün lazım olduğunu vurğulayıb. Həmçinin bölgədə xarici silahların yerləşdirilməsinə icazə verilməyəcəyini də əlavə edib”, – deyə nəşr yazıb.
Sözügedən açıqlamalar mümkün yeni diplomatik kanalın yarana biləcəyi kimi şərh olunur./Globalinfo.az























