Kiyev zülmətə qərq oldu

Kiyevin böyük bir hissəsi genişmiqyaslı elektrik kəsintiləri nəticəsində işıqsız qalıb.

Bu barədə “Times of Ukraine” məlumat yayıb.

Nəşrin məlumatına görə, paytaxtın 70%-dən çox ərazisi elektriksiz qalıb.

Dekabrın 9-da Enerji Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Xarchenko bildirib ki, Ukrayna raket zərbələrindən sonra enerji obyektlərini bərpa etmək imkanlarını tükədib və mövcud avadanlıq ehtiyatları yalnız 2–3 hücumu qarşılayacaq qədərdir.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki