image-ukrayna-bayraqbackend

Kiyevdən Trampa maraqlı təklif: Donbasın adı dəyişdirilir?

“The New York Times” qəzetinin yazdığına görə, Ukrayna rəsmiləri ABŞ Prezidenti Donald Trampın diqqətini çəkmək və onu öz tərəflərinə çəkmək üçün qeyri-adi bir plan hazırlayıblar. İddia olunur ki, Kiyev administrasiyası Donbas bölgəsinin bir hissəsini “Donniland” adlandırmaq ideyasını müzakirə edir.

Bu təşəbbüsün Rusiya tərəfindən necə qarşılanacağı və müharibənin gedişatına təsiri maraq doğurur.

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Donbas hər iki tərəf üçün strateji əhəmiyyətə malikdir:

“Ukraynanın nəzarətində olan ərazilərin bir hissəsinə “Donaldland” adının verilməsi təklifi, birbaşa Prezident Trampın rəğbətini qazanmağa və Amerikanın dəstəyini Ukraynanın xeyrinə möhkəmləndirməyə hesablanıb. Nəzərə almaq lazımdır ki, son dövrlər cənab Trampın bu müharibəyə dair mövqeyi xeyli dəyişib. Hətta bir ay əvvəl Ukrayna-ABŞ münasibətlərində müəyyən soyuqluq yaradan addımlar da müşahidə olunurdu”.

Politoloq əlavə edib ki, ABŞ-nin siyasi dairələrindən sızan məlumatlara görə, Tramp Rusiyanın danışıqlar masasına oturması üçün yeni və daha sərt sanksiyalar paketinin hazırlanmasına qərar verib:

“Hazırda Konqresdə və Maliyyə Nazirliyində Rusiyaya qarşı ciddi təzyiq mexanizmləri hazırlanır. Maraqlıdır ki, ABŞ-nin maliyyə naziri Besent Hörmüz boğazındakı vəziyyətlə əlaqədar 10 aparıcı dövlətin xahişini nəzərə alaraq, Rusiya tankerlərindəki neftin satışına icazə müddətini daha 30 gün artırıb. Lakin Ukraynanın bu ad dəyişikliyi təklifi uğurlu hesab edilə bilməz. Çünki “The New York Times” Trampın ən sevmədiyi media orqanlarından biridir və bu təklif heç bir rəsmi sənəddə öz əksini tapmayıb. Nə beynəlxalq ictimaiyyət, nə də Tramp administrasiyası bu ideyanı qəbul etmədi. Odur ki, bu təşəbbüsün Rusiya-Ukrayna müharibəsinə hər hansı ciddi təsiri olmayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki