backend

Köçəryan-Paşinyan qarşıdurması – Kim qazanacaq?

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın dəstəyi ilə erməni kilsəsini ələ keçirməyə hazırlaşır.

Paşinyanın da eyni niyyətdə olduğunu nəzərə alsaq, tərəflər arasında dominantlıq mübahisəsi yaranır.

Bəs görəsən Rusiya faktoru bu prosesdə üstünlük əldə etməyə kifayət edəcəkmi?

Sualımızı cavablandıran politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, hazırda erməni kilsəsi faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Onun sözlərinə görə, uzun müddət ərzində kilsə Ermənistan ərazisində Rusiyanın əsas ideoloji bazası kimi fəaliyyət göstərib:

“Təsadüfi deyil ki, separatçılığın və revanşizmin əsas qaynağı məhz erməni kilsəsi olub. Bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və münaqişənin faktiki olaraq bitdiyi bir dövrdə erməni kilsəsi yenidən fəallaşır, sanki kimlərinsə tapşırığını yerinə yetirir. Eyni zamanda, kilsə Nikol Paşinyana təzyiq vasitəsi kimi istifadə olunur. Paşinyanın da qeyd etdiyi kimi, erməni kilsəsi artıq yalnız ruhani idarə deyil, tamamilə siyasiləşmiş bir qurumdur. Faktiki olaraq, Rusiyanın dəstəklədiyi Ermənistan müxalifəti ilə birlikdə Paşinyan hökumətinə qarşı aktiv kampaniya aparır. Bu, hökumətin kilsəyə qarşı müəyyən addımlar atmasını daha da çətinləşdirir”.

Politoloq qeyd edib ki, gələcəkdə erməni kilsəsinə qarşı addımlar daha da radikallaşa bilər, xüsusilə də Ermənistan parlament seçkilərindən sonra bu prosesin intensivliyini görəcəyik:

“Eyni zamanda, kilsənin əsas müttəfiqləri olan Ermənistan müxalifəti də aktiv şəkildə iştirak edəcək. Köçəryan başda olmaqla, erməni müxalifətinin əsas üzvləri kilsəni müdafiə etmək üçün kampaniyalar aparacaq. Bu isə seçki dövründə və kilsə-hökumət münasibətlərinə görə Ermənistanda kütləvi qarşıdurmalara səbəb ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki