Kredit götürərkən nələrə diqqət etməliyik?backend

Kredit götürərkən nələrə diqqət etməliyik?

“Kredit götürərkən vətəndaşların ən çox diqqət yetirməli olduqları məqam kreditin faiz dərəcəsidir”.

Referans  bildirir ki, bu barədə Baku TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli məlumat verib.

Onun sözlərinə görə, kredit müqaviləsində həm nominal, həm də effektiv faiz dərəcəsi açıq şəkildə göstərilməlidir:

“Vətəndaş müqavilədə kreditin effektiv faiz dərəcəsini görməlidir. Ola bilər ki, bank kreditin nominal faizini aşağı göstərsin, lakin komissiyalar yüksək olsun və ya bank olmayan kredit təşkilatları bu fəndlərdən istifadə etsin”, – deyə iqtisadçı bildirib.

Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bankın tələbinə əsasən, təqdim olunan müqavilələrdə effektiv faiz dərəcəsi mütləq qeyd olunmalıdır ki, vətəndaş ümumi öhdəliklərini tam şəkildə dərk edə bilsin:

“Vətəndaş həmçinin gecikmə və cərimə faizləri barədə də məlumatlı olmalıdır. Əgər hər hansı səbəbdən ödəniş gecikərsə, nominal faizlə yanaşı, əlavə cərimə faizləri də tətbiq oluna bilər”, – deyə o vurğulayıb.

Ətraflı süjetdə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki