Ölkədə
fəaliyyət göstərən banklar kredit kartlarına limit tətbiq edir. Belə ki, artıq
vətəndaşlar bu kartlar vasitəsilə bir neçə fərqli bankdan eyni anda aylır əməkhaqqlarının müəyyən misli qədər kredit əldə edə biləcəklər.
Qərarın
mahiyyəti nədən ibarətdir? Bunun vətəndaşlar üçün müsbət və mənfi tərəfləri nələr
olacaq?
Hüquqşünas,
iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında bu sualları
cavablandırıb.
“Bunun
səbəbi bu yaxınlarda Mərkəzi Bankın yeni qaydalar tətbiq etməsidir. Bu
qaydalara görə, bir şəxsin bütün əməkdaşlıq etdiyi banklarda olan kredit limiti
xalis gəlirinin 5 mislindən çox ola bilməz. Məsələn, şəxs 1000 manat maaş
alırsa, onun ümumi kredit məbləği 5000 manat ola bilər. Banklar da sözügedən
qaydaya riayət etmək üçün bu qərarı veriblər. Mənfi cəhət odur ki, artıq daha
çox kredit istəyən şəxslər bunu əldə edə bilməyəcək çünki Mərkəzi Bank bunda təhlükə
görür. Çünki əks halda insanlar daha çox kreditlə yüklənir”.
Hüquqşünas
qeyd edib ki, bu qərarın vətəndaşlara da xeyri var. Bəzi vətəndaşlar düşünmədən,
düzgün gəlir və xərc hesablaması etmədən bir neçə bankdan kreditlər götürür və
nəticədə ödəniş zamanı çətinlik yaşayır.
“Mərkəzi
Bankın bu qərarını düzgün hesab edirəm. Ümumiyyətlə, banklar daha çox biznesi
kreditləşdirməlidirlər ki, iş yerləri açılsın, maaşlar artsın və s. Banklar özlərinə
asan yol tapıblar. Sadəcə vətəndaşlar kreditləşdirirlər, faizləri də yüksək
edirlər və sonda da pulu qaytara bilməyəndə vətəndaşın başına oyun açırlar”.
Fidan
Vəlisoy