“Rusiya atəşkəs yox, sülh istəyir”.
Referans Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Milad atəşkəsi” təklifinə cavab verərkən deyib.
“Biz Ukraynaya fasilə vermək və onların müharibənin davam etməsinə hazırlaşması üçün atəşkəs istəmirik. Münaqişəni dayandırmaq, məqsədlərimizə çatmaq, maraqlarımızı təmin etmək və gələcək üçün Avropada sülhü təmin etmək istəyirik”, – deyə diplomat bildirib./globalinfo





















