backend

Kremldən SON DƏQİQƏ AÇIQLAMASI: “Cenevrə danışıqlarının nəticələri…”

Ukrayna və ABŞ arasında Cenevrədə aparılan danışıqlara Moskvanın reaksiyası ehtiyatlı olub. Kremlin mətbuat xidməti açıqlayıb ki, Rusiya hələlik görüşün nəticələri barədə rəsmi məlumat almayıb və prosesin gedişini yaxından izləyir.

Referans Media xəbər verir ki, Kreml nümayəndəsi bildirib ki, Ukrayna və ABŞ arasında keçirilən danışıqların nəticələri barədə hələlik heç bir məlumat yoxdur. O əlavə edib ki, əvvəlki mətndə müəyyən düzəlişlər edildiyi bildirilir və bu həftə Ukrayna ilə bağlı Kreml səviyyəsində hər hansı görüş planlaşdırılmayıb. Açıqlama Moskvanın danışıqlar prosesinə birbaşa cəlb olunmadığını, lakin gedişi yaxından izlədiyini göstərir.

Cenevrədəki görüşdə əsas müzakirə mövzusu Donbas xəttində hərbi qüvvələrin çıxarılması və Ukraynanın NATO istiqaməti olub. Mənbələr bildirir ki, kompromis əldə olunmayıb və ABŞ-ın planında Kiyevin NATO kursuna dəyişikliklər nəzərdə tutulur. Bununla belə, Kiyev geri addım atmaq niyyətində deyil və bir sıra məsələlər Zelenski ilə Tramp arasında baş tutacaq şəxsi görüşə saxlanılıb.

Ukraynanın taleyi masada: ABŞ planı ilə Avropa təklifinin 12 əsas fərqi

Analitiklər Moskvanın səssizliyini təsadüfi hesab etmirlər. Onların fikrincə, Kremlin ehtiyatlı mövqeyi həm Tramp administrasiyasının planının Rusiyanın maraqlarına necə təsir edəcəyini qiymətləndirməsi, həm də Donbas, Krım və NATO məsələlərinin strateji əhəmiyyətindən irəli gəlir. Kremlin nümayəndəsinin qeyd etdiyi kimi, yeni düzəlişlərdən xəbərdar olmaması da ehtiyatlı bəyanatların səbəbidir.

Moskvanın bu həftə Ukrayna ilə bağlı hər hansı görüş planlaşdırmaması isə prosesə sürətli müdaxilə niyyətində olmadığını göstərir. Cenevrə danışıqlarının qapalı formatda aparılması, planlara edilən dəyişikliklərin gizli saxlanması və Kiyev–Vaşinqton xəttindəki fikir ayrılıqları Kremlin “gözləmə mövqeyi”ni əsaslandırır. Rusiya növbəti reaksiyasını böyük ehtimalla, Zelenski ilə Tramp arasında baş tutacaq görüşün nəticələrindən sonra açıqlayacaq./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki