Hantavirus aşkarlanan gəmidən təxliyə edilən üç Türkiyə vətəndaşının test nəticələri neqativ çıxıb.
Referans Media APA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, tövsiyə olunan müddət ərzində onlar karantində saxlanılacaqlar, vəziyyətləri müntəzəm olaraq yoxlanılacaq.
