image-1776959056_17769582421529541545_1200x630-1backend

Maksimum bal toplayan abituriyentlər: “Bunun arxasında illərin zəhməti dayanır”

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 9 nəfər maksimum – 300 bal toplayıb.

Referans Media xəbər verir ki, Teleqraf-a danışan Bakı şəhəri 18 nömrəli tam orta məktəbin şagirdi Zəhra Zərbəliyeva bildirib ki, imtahan ümumilikdə çətin olsa da, əsas çətinlik vaxt ilə bağlı olub:

1776959056 17769582421529541545 1200x630 2

Düşünürəm ki, sualların çətinliyindən daha çox vaxtın az olması təsir etdi. Əgər iştirakçılara daha çox vaxt verilsəydi, yüksək nəticə göstərən şagirdlərin sayı daha çox ola bilərdi. I qrup üzrə, informasiya texnologiyaları ixtisasına hazırlaşıram və ADA Universitetinə qəbul olmağı hədəfləyirəm. Bu istiqamətdə məqsədyönlü və planlı şəkildə hazırlaşıram”.

Onun sözlərinə görə, yüksək nəticənin arxasında illərlə davam edən zəhmət və məsuliyyət dayanır:

“Birinci sinifdən dərslərimə ciddi yanaşmışam, bütün fənləri yaxşı oxumuşam. Həmişə əlaçı olmuşam və 9-cu sinfi qırmızı attestatla bitirmişəm.

Bu illər ərzində formalaşan nizam-intizam və davamlılıq imtahanda öz nəticəsini göstərdi. Uğur qazanmaq üçün yalnız bilik deyil, həm də düzgün planlama, səbir və özünə inam vacibdir”.

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Rafiq Vəlizadə isə imtahandan yüksək nəticə gözləsə də, maksimum bal toplayacağına tam əmin olmadığını bildirib:

1776959056 17769582421529541545 1200x630 3

“Hazırda hansı universiteti seçəcəyimlə bağlı tam qərar verməmişəm. Nəticəyə uyğun seçim etməyi düşünürəm. Qarşıda blok imtahanı da var və hazırda ona ciddi şəkildə hazırlaşıram”.

O qeyd edib ki, I ixtisas qrupu üzrə hazırlaşır:

“Mənə görə ən çətin fənn Azərbaycan dili oldu, daha çox vaxt apardı. Ən rahat isə ingilis dili idi. Universitet təhsilimi əvvəl Azərbaycanda, daha sonra isə xaricdə davam etdirməyi planlaşdırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki